16 C
Baku
8 Noyabr 2024, 15:25
Baş xəbərDünya

Qaçaqmalçılıq yolu ilə 300 kilo qızıl oğurlandı

Yunanıstanın paytaxtı Afinada hava limanında 300 kiloqram külçə qızıl keçirməyə cəhd edən vyetnamlı qadın həbs edilib. 64 yaşlı qadın əksəriyyəti onun qohumları olan bir qrup şəriklə işləməkdə günahlandırılıb. Yunan polisi qızıl qaçaqmalçılığına görə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən vyetnamlı qadının Afina hava limanında tutulduğunu açıqlayıb.

Bildirilib ki, buz daşımaq üçün istifadə edilən avtomobillərin altına gizlədilən təxminən 300 kq qızıl külçəni qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən 64 yaşlı qadın tutulub.

Bildirilib ki, Yunanıstanda yaşayan qadın qızıl qaçaqmalçılığı üçün əksəriyyəti onun qohumları olan bir qrup şəriklə işləməkdə ittiham olunub.

Polisin açıqlamasında “qaçaqmalçı qrup aşkarlanmamaq və şəxsiyyətini müəyyənləşdirməkdən yayınmaq üçün gömrük nəzarətindən kənar məntəqələrdən keçib”. Onlar külçələrin üzərindəki hərfləri və fərqləndirici işarələri də siliblər.

Adı açıqlanmayan 64 yaşlı qadın üçün ötən il Vyetnam adından İnterpol tərəfindən qırmızı bildiriş verildiyi açıqlanıb.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Krokusda törədilən terror aktına görə təcili yardım maşınları nəzarətə götürüldü

Aynur Camal

XXVI Avrasiya İqtisadi Zirvəsi keçiriləcək

Aynur Camal

Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclas keçirilib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu