27 C
Baku
21 İyul 2025, 6:34
İqtisadiyyat

“Qadın Talks” layihəsi çərçivəsində gənc xanımlarla görüş keçirilib

Bugun.tv xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”ndə “Qadın Talks” layihəsi gerçəkləşdirilib. Görüşdə məqsəd öz sahələrində fərqlənən qadınlarla gənc xanımlar arasında təcrübə mübadiləsinə şərait yaratmaq, gəncləri maraqlandıran suallara cavab tapmaq olub.

Tədbirdə yaradıcılıq mərkəzinin rəhbəri Anna İbrahimbəyova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Nigar Arpadarai, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri, “Jenskiy Faktor” verilişinin aparıcısı Leyla Seyidzadə və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova qatılıblar. Onlar çıxış edib, öz təcrübələrini bölüşüblər.

“Gənc qızlarımızın mümkün qədər maarifləndirilməsi, zəhmətkeşlik, öz üzərində çalışmaq, motivasiyanı yüksək tutmaq kimi keyfiyyətləri aşılamaq, çalışacaqları sahədə peşəkar olmağa həvəsləndirmək olduqca vacibdir”,- KOBSKA-nın sədri N.Ələsgərova facebook səhifəsindəki paylaşımında belə deyib.

Xatırladaq ki, “QadınTalks” layihəsi DVC-nin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

İlham Əliyev Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib

Bugün TV

“Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz

Nigar Məmmədova

Özbəkistan-Azərbaycan investisiya fondunun fəaliyyətə başlaması üzrə iş aparılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu