Taliban televiziya aparıcılarına və ekrandakı digər qadınlara efir zamanı üzlərini örtmələrini əmr edib.
Bugun.tv xəbər verir ki, dini polis sözçüsü BBC-yə bildirib ki, bu barədə mediaya məlumat verilib. Qərar bütün qadınlara ictimai yerlərdə çarşab taxmaq əmri verildikdən iki həftə sonra verilir, əks halda cəzalandırılma riski var.
Əfqan qadınlar
Qadınlar üçün məhdudiyyətlər sərtləşdirilir – onlara kişi qəyyumsuz səyahət etmək qadağandır və orta məktəblər qızlar üçün bağlıdır. Kabildə yerli televiziyada çalışan və adının açıqlanmasını istəməyən bir qadın jurnalist son xəbərləri eşidəndə şoka düşdüyünü deyib:
Kabildə qadın teleaparıcı.
“Onlar bizə təzyiq edirlər ki, televiziyada görünməyək. Ağzım bağlı xəbəri necə oxuyum? İndi nə edəcəyimi bilmirəm . Işləməliyəm, ailəmin çörəkçisiyəm”. -deyə o BBC-yə bildirib.
Taliban sözcüsü hökmü “məsləhət” adlandırıb. Amma buna əməl etməyənlərin aqibətinin nə olacağı bəlli deyil.