Bugün.tv BBC NEWS-a istinadən xəbər verir ki, Taliban televiziya aparıcılarına və ekrandakı digər qadınlara efir zamanı üzlərini örtmələrini əmr edib. Dini polis sözçüsü BBC-yə bildirib ki, bu barədə mediaya məlumat verilib. Qərar bütün qadınlara ictimai yerlərdə çarşab taxmaq əmri verildikdən iki həftə sonra verilir, əks halda cəzalandırılma riski var.

Qadınlar üçün məhdudiyyətlər sərtləşdirilir – onlara kişi qəyyumsuz səyahət etmək qadağandır və orta məktəblər qızlar üçün bağlıdır. Kabildə yerli televiziyada çalışan və adının açıqlanmasını istəməyən bir qadın jurnalist son xəbərləri eşidəndə şoka düşdüyünü deyib:

“Onlar bizə təzyiq edirlər ki, televiziyada görünməyək. Ağzım bağlı xəbəri necə oxuyum? İndi nə edəcəyimi bilmirəm . Işləməliyəm, ailəmin çörəkçisiyəm”. -deyə o BBC-yə bildirib.
Taliban sözcüsü hökmü “məsləhət” adlandırıb. Amma buna əməl etməyənlərin aqibətinin nə olacağı bəlli deyil.