22 C
Baku
16 Sentyabr 2025, 20:05
Sosial

Qadına şiddət…

Qadınlar zəriflik,incəlik,kişilər isə güc,qüvvət rəmzi hesab olunurlar. Qadın fiziki cəhətdən kişiyə nisbətdə zəif yaradılmışdır. Bundan istifadə edib,qadına şiddət göstərərək özünü “qəhrəman” hesab edən kişilər çoxluq təşkil edir. Qadına şiddət günümüzün aktual problemlərindən biridir.Bəs bu problemin qarşısını almaq üçün nə etmək,hansı tədbirləri görmək lazımdır?

Bu problemi kökündən həll etmək üçün əvvəlcə onun yaranma səbəbini, haradan gəldiyini özümüz üçün aydınlaşdırmalıyıq. Bunun bir çox səbəbi ola bilər:mənəvi keyfiyyətlər, fiziki və maddi tələblər, psixoloji durum və s. Problemin mənşəyi isə normal olmayan ailə və qüsurlu cəmiyyətdir. Qadınlara qarşı zorakılığın qarşısını almaq üçün özümüzü və övladlarımızı düzgün tərbiyə etməyi bacarmalıyıq. Əvvəlcə özümüzdən başlamalıyıq. Çünki uşaqlar şiddət və zorakılığı böyüklərdən öyrənirlər. Böyüdükləri zaman da, görüb-götürdüklərini öz ailələrində tətbiq edirlər. Buna görə də uşaqlara mənəvi dəyərləri düzgün formada aşılamalı, onlara hər zaman doğru yol göstərməliyik. Ən əsası da budur ki, verdiyimiz öyüdləri, nəsihətləri öz əməllərimizdə icra etməyi unutmayaq. Necə deyərlər, sözümüzlə əməlimiz üst-üstə düşsün. Cəmiyyətin hər bir üzvü qadının ali varlıq olduğunu dərk etməli, ona hörmət etməyi bacarmalıdır.

Leyla Qurbanova

Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Nigar Məmmədova

Oxşar xəbərlər

Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşların nəzərinə!

Nigar Məmmədova

Ə.Qəmbərov: “Sənədini itirən şəxslər dərhal yerli polisə və diplomatik nümayəndəliklərə müraciət etməlidirlər”

Bugün TV

Birləşmiş Millətlər Təşkilatı: “Hər il dənizlərdən 6 milyard ton qum çəkilir”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu