Kriminal

Qadına xəsarət yetirmək istəyən şəxs saxlanıldı

Səhər saatlarında Bakıxanov qəsəbəsində  qətl hadisəsinin qarşısı alınıb. Belə ki, dayanacaqda  naməlum şəxs 48 yaşlı qadına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı Fazil Məmmədov təhlükəsizlik tədbirlərinə əməl etməklə, cinayət hadisəsinin qarşısını alıb. Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs  polis bölməsinə təhvil verilib. Araşdırmlar nəticəsində onun axtarışda olan 31 yaşlı Şamil Şükürov olması müəyyən edilib.

Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri  Elşad Hacıyev məlumat verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Kişi arvadına bıçaqla xəsarət yetirdi

Nigar Məmmədova

Şizofreniya xəstəsi 4 polis məmurunu yaraladı

Bugün TV

4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu