İdman

Qadınlar daha 6 qalibi müəyyən etdilər

3 gün ərzində davam edəcək Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə keçirilən yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.

Yarışda qadınların mübarizəsinə yekun vurulub. Son olaraq körpücük üzərinə çəkisi 59, 64, 71, 76, 87 və +87 kq olan qadınlar çıxıblar. Müvafiq olaraq öz çəkilərində toplam 148 kq (67+81) nəticə ilə Fazilə İmanova, toplam 112 kq (51+61) nəticə ilə Ayişə Əliyeva, 180 kq (79+101) nəticə Fidan Mirzəzadə, toplam 185 kq (82+103) nəticə Rahilə Hüseynzadə, toplam 69 kq (30+39) nəticə ilə Leyla Məhərrəmova, toplam 96 kq (41+55) nəticə ilə Elnarə Rəşidova qızıl medallara sahib çıxıblar.

Atletlərin təltieftmə mərasimində mötəbər qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları Hicran Hüseynova və İqbal Məmmədov idmançılara medalları təqdim edib, onlara uğurlar arzulayıblar. Sonda xatirə şəkli çəkilib.

Oxşar xəbərlər

Qəsb dəstəsinə qarşı əməliyyat oldu: 12 həbs var

Bugün TV

Rusiya millisinin sabiq futbolçusu klubların Avropa arenasına qayıtmasını proqnozlaşdırdı

İntizar Əmirova

“Formula 1”: Sinqapur Qran Prisinin qalibi bəlli olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu