DünyaSiyasət

Qadınların üstünlük təşkil etdiyi yeni hökumət quruldu

Bugun.tv xəbər verir ki, Mette Frederiksen üçüncü hökumət kabinetini formalaşdırıb. Yeni hökumətdə üzvlərin əksəriyyətini qadınlar təşkil edir.

Danimarka Baş Nazirlik Ofisinin açıqlamasına görə, baş nazir də daxil olmaqla 21 nəfərdən ibarət kabinetin 11 üzvü qadındır. Yeni hökumət paytaxt Kopenhagen şəhərində yerləşən Amalienborq Sarayında X Frederikna təqdim edilib.

Yeni kabinetdə Mette Frederiksen baş nazir vəzifəsini qoruyub saxlayıb. Hökumətdə iqtisadiyyat və daxili işlər naziri postuna Pia Olsen Dyhr, xarici işlər naziri vəzifəsinə Lars Løkke Rasmussen, iş və rəqabət naziri vəzifəsinə isə Martin Lidegaard təyin olunub.

Hökumətin formalaşdırılması mart ayında keçirilən parlament seçkilərindən sonra başlayan və ölkə tarixində rekord sayılan 69 günlük koalisiya danışıqlarının yekunu olub. Seçkilərdə Sosial Demokratlar Partiyası ən çox səs toplasa da, nə sol, nə də sağ siyasi blok parlamentdə çoxluq əldə edə bilməmişdi.

Yeni hökumətin proqramında ərzaq qiymətlərinin aşağı salınması, aşağı gəlirli təqaüdçülərə dəstəyin artırılması, investisiyaların təşviqi, məktəblərdə islahatlar və sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddinin 15 yaş müəyyən edilməsi kimi məsələlər yer alıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreya Cənubi Koreya sərhədi boyunca təbliğat səsgücləndiricilərini işə salacaq

Aynur Camal

Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə əməkdaşlığı sazişi imzaladı

Aynur Camal

Qədim insanlar minlərlə il əvvəl bu günkindən 10 dəfə çox dil danışmış ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu