Bugun.tv xəbər verir ki, Trendyol Super Liqasının 20-ci həftəsində “Qalatasaray” sabah “Mondihome Kayserispor”u qəbul edəcək. RAMS Parkda saat 20.00-da başlayacaq qarşılaşmanı baş hakim Atilla Karaoğlan idarə edəcək. Super Liqada keçirdiyi 19 matçda 15 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət alan İstanbulun sarı-qırmızılı komandası 48 xal toplayıb. Qalatasaray həftəyə “Fənərbaxça”nın 2 xal gerisində 2-ci pillədə qərarlaşıb.
“Qalatasaray”ın 6 futbolçusu müxtəlif səbəblərdən “Mondihome Kayserispor” matçında meydana çıxa bilməyəcək. Sarı-qırmızılı komandada zədəli olan Mauro İkardi, Davinson Sançez və Serxio Oliveyra, qırmızı kartdan cəzalı olan Kerem Aktürkoğlu, yarışacaq ölkələrinin millilərinə dəvət alan Hakim Ziyeç və Sedrik Bakambu Afrika Kubokunda, sabahkı matçda oynaya bilməyəcək. Son EMS Yapı Sivasspor matçında diz ağrısı səbəbindən meydana çıxa bilməyən sağ cinah müdafiəçisi Sacha Boeyin durumuna bu gün keçiriləcək məşqdən sonra aydınlıq gələcək. Sarı-qırmızılı komandada Abdülkerim Bardakcı isə matç əvvəli qırmızı kart cəza limitindədir.
Müxbir: Şəms Elnurqızı