Səhiyyə

Qanda şəkər səviyyəsini azaldan bitki

Bu yaxınlarda yayılan bir tədqiqat nəticələrinə görə, gündə təxminən 16 qram (təxminən 2 xörək qaşığı) kətan toxumu qəbul etmək şəkər xəstəliyi olan yetkinlərdə qanda şəkər səviyyəsinin, ümumi xolesterol və trigliseridlərin azaldılmasına kömək edir. Belə ki, 3 ay müddətində hər gün 16 qram kətan toxumu yeyən Tip 2 diabet xəstələrində qan şəkəri və lipid (yağ) profili daha yaxşı tənzimlənib.

Araşdırma qrupunun nəticələri göstərir ki, kətan toxumunun bu müsbət təsiri onun yüksək lif və antioksidant tərkibi ilə bağlıdır, bu da şəkər və yağ metabolizmasını yaxşılaşdıra bilər. Lif qan şəkərinin yavaş həzm olunmasına və daha stabilləşməsinə kömək edir, eyni zamanda ürək-damar risk faktorlarının azaldılmasına da təsir göstərə bilər.

Tədqiqat müəllifləri qeyd edirlər ki, bu miqdarda kətan toxumu pəhrizə əlavə olaraq gündəlik olaraq daxil edilməli və diabet və metabolik sağlamlığın dəstəklənməsində faydalı ola bilər, lakin həkimlə məsləhətləşmək vacibdir. Çünki, artıq doza bağırsaq tutulmasına səbəb ola bilər.

Mənbə: PubMed

Aynur Camal

Oxşar xəbərlər

Müntəzəm kollagen qəbulu sağlamlığa necə təsir edir?

Aynur Camal

Böyrək ödemini necə ayırd etmək olar? – Həkim izah edir

Aynur Camal

Bilirdinizmi? İnsan bədənində qan damarlarının uzunluğu Yer kürəsini iki dəfə əhatə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu