19 C
Baku
8 Sentyabr 2024, 3:57
Baş xəbərSəhiyyə

Qanuna dəyişiklik və yerli istehsalın təşkili hansı dərmanların ucuzlaşmasına səbəb olacaq?

“Dərmanlarla bağlı qanuna edilən dəyişiklik bütövlükdə bu sahədə vəziyyətin yaxşılaşdırılması və qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədi daşıyır. Ötən illərə nəzər salsaq, müxtəlif dərman vasitələrini eyni əmtəə nişanı adı altında qeydiyyata alındığı və satışının həyata keçirildiyini görərik. Bu da həm qeydiyyatda, həm də satışda müəyyən nizamsızlığın yaranmasına səbəb olurdu”.

Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial platformalardakı paylaşımında bildirib. Onun sözlərinə görə, məqsəd bu sahədə vəziyyətin vətəndaşların hüquqlarının qorunması baxımından nəzarətə götürülməsindən ibarətdir.

“Qanun dəyişikliyi dərman preparatlarının satışı sahəsində daha keyfiyyətli məhsulların satıcılara təklif olunmasına imkan yaradacaq. Dərman preparatlarının qiymətləri də dövlət tərəfindən tənzimləndiyi üçün bu qərar təbii ki, qiymətə də təsir edəcək. Bır sıra dərman məhsulların real qiymətləri ucuzlaşa bilər. Ölkədə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi, lisenziyalaşdırmanın sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. Yerli istehsalın təşkili və genişləndirilməsi isə bu strateji hədəfləri daha da gücləndirəcək”, – millət vəkili əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib

Kəmalə Sultan

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Aynur Camal

Aerobika gimnastlarımız Slovakiyada beynəlxalq turnirdə çıxış edəcəklər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu