1 C
Baku
21 Yanvar 2026, 10:57
Hadisə

Qar uçqununda 8 nəfər həlak oldu

Bugun.tv xəbər verir ki, çərşənbə günü Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi Xoroq şəhərində bir neçə evin üzərinə düşən qar uçqunu nəticəsində ikisi uşaq olmaqla 8 nəfər həlak olub. Respublikanın Fövqəladə Hallar Komitəsindən verilən məlumata görə, ölkənin digər regionlarında daha iki nəfər qar uçqununun qurbanı olub. Xoroqda baş vermiş təbii fəlakətdən sonra xilasedicilərin səyi ilə 9 nəfər uçqun altından sağ-salamat çıxarılıb. Ölənlərin arasında biri qız, digəri oğlan olmaqla iki 4 yaşlı uşağın, həmçinin dörd qadının olduğunu vurğulanıb. Ümumilikdə Xoroq şəhərində qar uçqunu nəticəsində 22 evə ziyan dəyib.

Bugün TV

Oxşar xəbərlər

Qatar qəzası səbəbindən 3 günlük beynəlxalq yas elan edildi

Aynur Camal

Avstraliyada təbii fəlakətlərin ağır nəticələri: sel və yanğınlar paralel davam edir

Aynur Camal

Meşə yanğınları: “Ən pisinə hazır olun” xəbərdarlığı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu