7 C
Baku
9 Fevral 2026, 14:09
Hadisə

Qar uçqununda 8 nəfər həlak oldu

Bugun.tv xəbər verir ki, çərşənbə günü Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi Xoroq şəhərində bir neçə evin üzərinə düşən qar uçqunu nəticəsində ikisi uşaq olmaqla 8 nəfər həlak olub. Respublikanın Fövqəladə Hallar Komitəsindən verilən məlumata görə, ölkənin digər regionlarında daha iki nəfər qar uçqununun qurbanı olub. Xoroqda baş vermiş təbii fəlakətdən sonra xilasedicilərin səyi ilə 9 nəfər uçqun altından sağ-salamat çıxarılıb. Ölənlərin arasında biri qız, digəri oğlan olmaqla iki 4 yaşlı uşağın, həmçinin dörd qadının olduğunu vurğulanıb. Ümumilikdə Xoroq şəhərində qar uçqunu nəticəsində 22 evə ziyan dəyib.

Bugün TV

Oxşar xəbərlər

İslamabadda cümə namazı zamanı partlayış: azı 15 nəfər öldü

Aynur Camal

Dünya üzrə bir neçə ciddi zəlzələ baş verib

Aynur Camal

13 yaşlı oğlan ailəsini xilas etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu