25 C
Baku
27 İyul 2024, 3:54
Kriminal

“Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli həbi ələ keçirildi

Bugun.tv xəbər verir ki, Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib. Nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq məsuliyyətə cəlb olunub. Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metanmfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.

Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Ov tüfəngi və 12 ədəd patron gizlədən şəxs saxlanıldı

Aynur Camal

Su hövzəsinə çirkab suyu axıdan şəxs müəyyən edildi 

Kəmalə Sultan

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu