Maraqlı faktlar

Qara dəliklər ulduzları udduqdan sonra geri püskürdür

Bugun.tv xəbər verir ki, alimlər qara dəliklərin ulduzları parçaladıqdan sonra kosmosa nəhəng maddə axınları və enerji şırnaqları püskürtməsinin vaxtını müəyyənləşdiriblər.

Yeni araşdırmaya görə, qara dəliklərin ölçüsü fərqli olsa da, maddə ilə qidalanma prosesinin müəyyən mərhələsində kosmosa maddə püskürtmə mexanizmi oxşar qaydalarla baş verir.

Alimlərin məlumatına görə, qara dəliyə yaxınlaşan ulduzlar güclü cazibə qüvvəsinin təsiri ilə parçalanır. Ulduzdan ayrılan maddənin təxminən yarısı qara dəlik tərəfindən udulur, qalan hissəsi isə güclü şırnaqlar şəklində kosmosa geri atılır.

“Nature Astronomy” jurnalında yayımlanan araşdırmada superkütləli qara dəliklərin ulduzları parçaladığı hadisələr radio teleskopları vasitəsilə araşdırılıb. Tədqiqatçılar güclü şırnaqların iki fərqli mərhələdə yarandığını müəyyən ediblər.

İkinci mərhələdə şırnaqlar ulduzun parçalanmasından yüzlərlə, hətta minlərlə gün sonra meydana gəlir. Bu zaman qara dəliyin maddə ilə qidalanma sürəti maksimum səviyyənin təxminən 2 faizinə qədər azalır.

Alimlər bildirirlər ki, bu nəticə qara dəliklərin nə vaxt güclü şırnaqlar yaradacağını daha dəqiq müəyyənləşdirməyə imkan verə bilər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimləri təəccübləndirən qeyri-adi dostluq: öküz və erkək eşşək bir-birindən ayrılmır

Aynur Camal

Güzgüdə özünə baxan tovuz quşu ev sahiblərini təəccübləndirib

Aynur Camal

“İnsan qu quşu” ləqəbli qadın minlərlə kilometr uçaraq quşların köçünü izləyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu