DünyaHadisə

Qara dənizdə Türkiyə bayraqlı yük gəmisinə dron hücumu – 4 ekipaj üzvü yaralanıb

Türkiyədən Rusiyaya təzə meyvə və tərəvəz daşıyan Türkiyə bayraqlı NADHEZNA adlı Ro-Ro yük gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.

Bugun.tv xəbər verir ki, En Son Haber-in yaydığı məlumata görə, hadisə gəmi Samsundan Rusiyanın Novorossiysk limanına doğru hərəkətdə olarkən baş verib. Hücum nəticəsində gəmidə yanğın başlayıb və ekipaj alovun qarşısını öz imkanları ilə almağa çalışıb.

Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edib. Onun sözlərinə görə, hücum zamanı 7–8 drondan istifadə olunub.

Hadisə nəticəsində 4 ekipaj üzvü yaralanıb. Yaralılardan üçünün Türkiyə vətəndaşı olduğu bildirilir. Ölənlərin olmadığı qeyd edilsə də, yaralılara yardım göstərilməsi üçün xilasetmə işləri davam etdirilir.

Məlumata görə, bölgədə dron təhlükəsinin davam etməsi səbəbindən Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiyə operativ yardım çatdırması çətinləşib. Hadisə ilə bağlı rəsmi araşdırma aparılır və hücumun təfərrüatları dəqiqləşdirilir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Argentina Folklend adaları ilə bağlı sanksiyaları sərtləşdirir

Aynur Camal

Atmosferdə su buxarının səviyyəsi rekord həddə çatdı

Aynur Camal

Lavrov: Qərb Rusiyaya qarşı müharibəyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu