15.7 C
Baku
16 May 2025, 23:58
Dünya

Qara tüstü çıxdı, Papa seçilə bilmədi

Yeni Papa seçmək üçün Sixteen kapellasına toplaşan 133 kardinalla başlayan Konklavda səsvermənin ilk turunda papa seçilməyib və kilsənin bacasından qara tüstü qalxıb.

Aprelin 21-də katoliklərin sonuncu ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransiskin vəfatından sonra bu gün dünya üzrə 1,4 milyard üzvü olan Katolik Kilsəsinin 268-ci Papasını müəyyən etmək üçün səsvermənin ilk turu keçirilib.

Xristian ilahilərinin müşayiəti ilə Sikstin kapellasına daxil olan 133 kardinal bir-bir and içib. Daha sonra latın dilində “Heç bir işi olmayanlar getsin” mənasını verən “Extra Omnes” əmri verildi və kilsədə yalnız seçki kardinalları qaldı.

Yaşı 80-dən aşağı olan 133 kardinalın – Papadan sonra Katolik Kilsəsinin ən yüksək rütbəli ruhanilərinin iştirak etdiyi səsvermənin nəticəsi Sikstin kapellasının bacasından qalxan tüstü ilə açıqlanıb.

Bacadan qara tüstünün qalxması ilə bu gün başlayan Konklavın ilk iclasında yeni papanın seçilə bilməyəcəyi dünyaya açıqlanıb.

Sabahdan etibarən 133 kardinal Papa seçilənə qədər gündə dörd dəfə, ikisi səhər və ikisi günortadan sonra səs verəcək.

Əgər yeni papa seçilsə, Sikstin kapellasının bacasından ağ tüstü qalxacaq.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

ABŞ seçkilərinin son günü: Harrislə Tramp arasında fərq nədir?

Aynur Camal

Molla rejiminin başçısının fotosu flaş oldu

Aynur Camal

Müsəlmanlara qarşı irqçi hücumlar artmaqdadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu