16 C
Baku
27 Aprel 2025, 2:53
Baş xəbər

“Qarabağ” FK və “Sirab” ASC-dən təqdirəlayiq addım – FOTOLAR

“Qarabağ” FK və “Sirab” ASC birlikdə  təqdirəlayiq addım atıblar. Belə ki, hər iki qurumun əməkdaşları Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağının qonağı olublar.

Bu barədə Bugun.tv-yə “Qarabağ”ın Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klubun direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər məsul əməkdaşlar, futbolçular – Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Adama Diakabi və Kevin Medina uşaqlarla görüşüblər.

Emrah Çelikel uşaqlara sevinc yaşatmaq və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan tədbirlərin vacibliyindən söz açıb.

Görüşdə uşaqlara xatirə hədiyyələri təqdim olunub. Daha sonra uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Zəncirvari qəza oldu: 12 yaralı var

Bugün TV

“Fikrət Əmirov 100” bədii-sənədli filmin nümayişi keçiriləcək

Aynur Camal

Avtomobil yoldan çıxaraq ağaca çırpıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu