Mədəniyyət

Yarpız, yoxsa yarbuz?-FOLKLORŞÜNASDAN AÇIQLAMA

Məşhur bir deyimimiz var: “İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzında bitər”.

“Əslində bu deyim zaman keçdikcə təhrif olunub. Deyimdəki söz “yarpız” yox, “yarbuz” olmalıdır. Buradakı “bitmək” sözü isə “durmaq, dayanmaq” mənasındadır”.

Bugun.tv xəbər verir ki, bu fikri AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu bildirib.

Bəs, yarbuz nə deməkdir?

“Yarbuz səhrada yaşayan yırtıcı bir heyvan növüdür, onun digər adı manqustdur. Yarbuzlar əsasən ilanlarla qidalanır. Onları ovlamaq üçün yuvasının ağzında pusquda durur, ilan yuvadan çıxan kimi onu ovlayır”,- E.İslamoğlu qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

“Cəfər Cabbarlı – Müasirimizdir” layihəsinin icrasına başlanılıb

Aynur Camal

Nicat Cəfərzadənin 20 illik yubiley konserti baş tutub

Bugün TV

Azərbaycan Yazıçılar Birliyində Nazim Rizvanın 75 illik yubileyi qeyd olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu