23 C
Baku
9 İyun 2025, 22:54
Baş xəbərİdman

“Qarabağ” klubunun məşq zamanı halı pisləşən oyunçusundan xəbər var-YENİLƏNİB

“Qarabağ” ın əvəzedici  klubunun  oyunçusu Şirxan Həsənzadə əməliyyat olunub.

Bu barədə  klubun  sözçüsü Gündüz Abbaszadə  xəbər verib.

Onun sözlərinə görə, həkimlərin əməliyyatdan sonra 20 yaşlı futbolçunun səhhətinin yaxşılacağına ümidi böyükdür.

***

“Çox təəssüf ki, belə bir hadisə yaşanıb. “Qarabağ-2” klubunun futbolçusu Şirxan Həsənzadə bu gün məşqin əvvəlində isinmə hərəkətləri zamanı səhhətində narahatlıq hiss edib. Komandanın həkimlərinin və məşqçilərin dərhal müdaxiləsi ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin səyi nəticəsində onun vəziyyəti nisbətən stabilləşib”.

Bu fikri Bugun.tv-yə özəl olaraq “Qarabağ” klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Aabbaszadə bildirib.

“Qeyd edək ki, Şirxan komandanın ən sağlam oyunçularından biri idi. Belə ki, futbolçularımız ildə iki dəfə – həm mövsümün əvvəlində, həm də qış fasiləsində chek-up müayinə olunur. Şirxan hər iki tibbi baxışdan uğurlu keçib. Eləcə də U-21 yığmasına dəvət alır. 21 yaşlılardan ibarət yığmanın heyətində də tibbi müayinədən keçir, orada da hər hansı bir problem aşkarlanmayıb.
İndi həkimlər onun sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər. Sonda onu qeyd edim ki, həkimlərin ilkin rəyinə əsasən, Şirxanın vəziyyəti nisbətən stabildir”, – klubun sözçüsü bildirdi.

Nigar Məmmədova

Oxşar xəbərlər

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir

Aynur Camal

“Müəllim topladığı nəticəyə differensial uyğunlaşdırılmalıdır”

Aynur Camal

Minlərlə insan çay kənarında iftar etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu