25 C
Baku
27 İyul 2024, 6:59
Baş xəbər

Qarabağ Universiteti ilə bağlı daha bir yaxşı xəbər var

“Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarında təhsil haqqı xərclərindən azad olunacaqlar”.

Bugun.tv xəbər verir ki, bu barədə Elm və Ali təhsil agentliyi özünün facebook səhifəsində məlumat yayıb.

Qeyd edək ki, 2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar bunlardı:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2. İbtidai sinif müəllimliyi

3. Riyaziyyat müəllimliyi

4. Xarici dil müəllimliyi (ingilis dili)

5. Hüquqşünaslıq

6. Beynəlxalq münasibətlər

7. Maliyyə

8. Mühasibat

Qarabağ Universitetinin SABAH qruplarını niyə seçməli?

1. Qarabağ Universitetinin ilk tələbəsi olmaq

2. Ödənişsiz təhsil

3. Ödənişsiz yataqxana

4. Hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara əlavə təqaüd

5. Hər bir tələbəyə kompüter

6. Müasir maddi-texniki bazası olan universitet kampusu

7. Yeni məzmunlu təhsil proqramları

8. Peşəkar yerli və əcnəbi professor-müəllim heyəti

9. Beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları

10. Elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi

Aynur Camal

Oxşar xəbərlər

Zəncirvari yol qəzası: 5 yaralı

Bugün TV

Hava limanı yolunda yanğın baş verd

Nigar Məmmədova

Ov tüfəngi və narkotik vasitələr saxlayanlar aşkar edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu