24 C
Baku
28 İyun 2025, 23:59
Baş xəbərSosial

Qarabağda çalışanlara maaşlarından əlavə 600 manat müavinət ödəniləcək

Bu aydan “Əmək Məcəlləsində” yeni dəyişikliklər qüvvəyə mindi. Yeni dəyişikliklər işğaldan azad olunan ərazilərmizdə- Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqini nəzərdə tutur.

Belə ki, dəyişikliklərə əsasən, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub.  Peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi  əsasında işləyən işçilər bu kateqoriyaya daxil ediləcək.

Bugun.tv xəbər verir ki,  bu sözləri  Milli Məclisin deputatı Vüqar Bayramov öz facebook hesabında qeyd edib.

Deputat bildirib ki, həmin vətəndaşlarmızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, hər il 600 manat birdəfəlik müavinət ala biləcəklər. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüqunq malik olacaqlar.

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yəni dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80.0, sonrakı 3 ildə 60.0 və uyğun olaraq daha sonra 40.0 faiz olacaq.

Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq-pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqlarının isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq. İşçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək.

Deməli, işğaldan azad olunan ərazidə çalışan vətəndaşlaırmız artıq maaşına əlavənin hesablanması, hər il 600 manat birdəfəlik müavinətin alınması hüquqlarına malikdirlər. Sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bakıda Azərbaycan-İran biznes forumu keçirildi – VİDEO

Aynur Camal

Kim Çen In sel fəlakətinin bədəlini ödədi

Aynur Camal

“Azəri-Çıraq-Günəşli” yatağından cari ilin birinci yarısında 68 milyon barel neft çıxarılıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu