15 C
Baku
27 Oktyabr 2025, 6:43
İdman

“Qarabağ”ın Antalyadakı yoxlama oyunlarının tarixləri AÇIQLANDI

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək “Qarabağ”ın yoxlama oyunlarının tarixləri müəyyənləşib.

Bugun.tv xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri  Gündüz Abbaszadə məlumat verib. Onun  sözlərinə görə görə,  Ağdam təmsilçisi qardaş ölkədə 3 sınaq matçında qüvvəsini sınayacaq.

“Köhlən atlar” yanvarın 13-də Polşanın “Poqon” komandası ilə qarşılaşacaq. Komanda 5 gün sonra isə Serbiya “Çukariçki”si və Polşanın digər təmsilçisi “Rakuv”la üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” yanvarın 4-dən 23-dək Antalyada təlim-məşq toplanışında olacaq.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

2023-cü ilin Cıdır mövsümü açıq elan edildi – FOTO

Aynur Camal

Aynur Rzayeva dünya çempionatının yarımfinalına yüksəlib

Aynur Camal

Azərbaycan idmançıları beynəlxalq turnirdə ölkəmizi təmsil edəcəklər

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu