20 C
Baku
16 Aprel 2024, 16:50
HadisəKriminal

Qohumları tərəfindən təhdid olunan qadın intihara cəhd etdi

Gəncədə özünü körpüdən atmaq istəyən qadını polislər xilas ediblər.

Bugun.tv-nin məlumatına görə, Gəncə çayı üzərindəki körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü, Gəncə şəhər sakini T.Abdullayevadır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hadisə ilə bağlı saytımıza açıqlama verib:

“Həmin ərazidə xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını alıb, onunla profilaktiki söhbətlər aparıblar.

İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib.

Hazırda şəhər prokurorluğunda araşdırma aparılır”.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Ağdam istiqamətində növbəti təxribatın qarşısı alındı

Kəmalə Sultan

Fuat Oktay: “Son məlumata görə, hazırda 8 yaralımız var”

Nigar Məmmədova

4 tona yaxın narkotik tərkibli bitkilər məhv edildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu