Baş xəbərMədəniyyət

“Qarabağın tarixi” müsabiqəsi davam etdirilir

Müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.

Müsabiqənin qəbul şərtləri:

Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

Hər iştirakçı yalnız bir videoçarx ilə müsabiqəyə qoşula bilər.

İştirakçının yaş məhdudiyyəti yoxdur.

Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə)

Videoçarxların müddəti maksimum 3 dəqiqə həcmində olmalıdır.

Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.

Tələb olunan sənədlər:

Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;

Müəllifin CV-si (əlaqə məlumatları göstərilməklə)

Sənədlərin qəbulu 1 iyul – 20 oktyabr 2022-ci il tarixlərində elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) media@culture.gov.az poçt ünvanı vasitəsilə aparılır.

Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.

Müsabiqənin qaliblərinin adları 2022-ci il noyabr ayının 7-dək Nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında ( https://culture.gov.az  /  http://www.azerbajanfilm.az ) və “Mədəniyyət” qəzetində elan olunacaq.

Əlavə məlumat üçün:

Telefon: (012) 498-18-26;

Həftənin iş günləri saat 10:00-17:00-dək;

E-poçt: media@culture.gov.az

Aynur Camal

Oxşar xəbərlər

37 yaşlı qadın itkin düşdü

Kəmalə Sultan

2 avtomobil toqquşdu: 5 nəfər yaralandı

Bugün TV

1,8 milyon zəvvar hacı oldu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu