Baş xəbər

Qardaş Türkiyəyə yardım tədbirləri davam edir

Mod.gov.az xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirməyə davam edirlər.

Könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar  təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir.

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Suriyada İŞİD-i yenidən fəallaşdırdığı iddia olunur — Məhəmməd Əsədullazadədən diqqətçəkən şərh

Aynur Camal

İlham Əliyev və TDT liderləri Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak etdilər

Aynur Camal

İlham Əliyev və TDT liderləri Türküstandakı tarixi-mədəni abidələrlə tanış olublar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu