Dünya

Qarışqa qaçaqmalçıları 7700 dollar cərimələndi

Keniyaya minlərlə qarışqa keçirməyə cəhd edən 4 nəfər tutulub. Səlahiyyətlilər ikisi belçikalı, biri vyetnamlı və biri keniyalı olmaqla 4 nəfərin 5440 Afrika kombayn qarışqasını qaçaqmalçılıq yolu ilə keçirmək ittihamı ilə saxlanıldığını açıqlayıb.

Keniyada məhkəmə dörd nəfəri 7700 dollar cərimələyib.

Adları açıqlanmayan 4 nəfər günahlarını etiraf edib və cəriməni ödəmədikləri halda 12 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Keniya hakimiyyəti qarışqaların 9300 dollar dəyərində olduğunu açıqlayıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Üzü yastığa sıxaraq yatmaq dəridə qırışların yaranmasını sürətləndirə bilər

Aynur Camal

Fastfud və qazlı içkilər Kron xəstəliyi riski ilə əlaqələndirildi

Aynur Camal

Rza Pəhləvinin Belçikaya dəvəti ölkədə siyasi mübahisə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu