19 C
Baku
8 Sentyabr 2024, 3:57
DünyaHadisə

Qatarın vurduğu 5 dəmiryolçu öldü

Bugun.tv xəbər verir ki, İtaliyada gecə saatlarında Turin-Milan dəmir yolu xəttində işləyən işçiləri qatar vurması nəticəsində 5 nəfər ölüb. Qəza dəmiryolçuların 1 saylı platformada relslərin təmiri və yenilənməsi işlərinə başlayarkən baş verib və hadisə zamanı qatarın saatda 160 kilometr sürətlə hərəkət etdiyi müəyyən edilib. Qəza ilə bağlı araşdırmaya başlayan İvrea Prokurorluğunun hadisənin necə baş verdiyini araşdırdığı və işçiləri vuran qatarın maşinistinin dindiriləcəyi açıqlanıb. Qəzadan sonra işçiləri vuran qatarın hadisə yerinin araşdırılması üçün xəttdə saxlandığı, buna görə də Torino-Milan xəttində şəhərətrafı xidmətlərin dayandırıldığı paylaşılıb. Bu arada İtaliya Dövlət Dəmir Yolu (RFI) şirkətindən verilən açıqlamada qəza zamanı qəzaya uğrayan qatarın kommersiya ekspedisiyasında olmadığı, texniki xidmət işçilərinin isə xarici podratçı şirkətin işçiləri olduğu bildirilib. Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini verdiyi yazılı açıqlamada qəzanı dəhşətli faciə kimi qiymətləndirib və həlak olan işçilərin yaxınlarına başsağlığı verib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Paytaxtda zəncirvari qəza! 10 maşın toqquşdu – FOTO

Kəmalə Sultan

Tikinti işləri zamanı torpaq çökdü: 3 nəfər xəsarət aldı

Aynur Camal

100 itkin qoyun palçığa ilişdi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu