Image default
Baş xəbərKriminal

Qaydanı pozan sürücü həbs edildi

Bugun.tv xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba yolunda yerləşən postda nişanın tələbini pozan “Mercedes” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı sürücü, Yevlax rayon sakini Şahin Mustafayevin avtomobili etibarnaməsiz, sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 332.2-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilərək, Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

DİN-nin məlumatına görə, Abşeron rayon məhkəməsinin qərarı ilə Ş.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, inzibati qaydada həbs edilib.

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Ceyhun Məmmədov: 15 İyul Türkiyə xalqının iradə və həmrəyliyinin simvoludur

Aynur Camal

Məhəmməd Əsədullazadə: Prezident İlham Əliyevin Şuşada verdiyi mesaj mühüm siyasi əhəmiyyət daşıyır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu