Bugun.tv xəbər verir ki, Nigeriyanın Niger əyalətində sərnişinləri daşıyan qayığın çevrilməsi nəticəsində 6 nəfər həyatını itirib. Qayıqda neçə nəfərin olduğu hələ məlum olmasa da, səlahiyyətlilər axtarışların digər sərnişinlərin tapılmasının davam etdiyini bildirib. Ölənlərin sayının artacağı ehtimal olunur. Nigeriyada yağışlı mövsümdə çaylarda qayıq qəzaları baş verir.
Müxbir: Şəms Elnurqızı
