Hər il mexaniki sayğac istifadəçisi olan abonentlərin qaz sayğacları növbəti ilin yanvar ayının 10-dək yenilənir. “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğaclarında tarif limitinin sıfırlanması prosesinin müddətini açıqlayıb.
İlin sonuna yaxınlaşdıqca qaz qazyğaclarında limitlərin yenilənməsi məsələsi aktuallaşır. Qaz limiti 3 mərhələli şəkildə hesablanır. Birinci mərhələ 1200 kub metrə qədərdir. Və istifadə olunan qazın 1 kubu 12 qəpikdən hesablanır.
Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bugun.tv-yə açıqlamasında bildirdi ki,1200- dən 2500 qədər olan aralıqdakı limitə görə 1 kuba üçün 20 qəpik ödəniş olur. 2500-ü keçən üçüncü mərhələyə abunəçilər 25 qəpikdən ödənişlər edirlər. Mexaniki, yəni sonradan ödənişli sayğaclardan istifadə edən abunəçilərin limitlərinin yenilənməsi prosesi hədəfimizdir ki, yanvarın 6-a qədər yekunlaşsın. Və yanvarın artıq birindən bizim mobil qruplarımız ərazilərdə işləyəcəklər. Kartlarına ödəniş etdikdə və onu sayğaca yüklədikdə həmin yenilənmə prosesinin şahidi olacaqlar. Artıq tutaq ki, 10 manat məbləğində karta ödəniş olunursa, misal üçün 83 tam nə qədər qazın verilişi təmin olunur, yəni 12 qəpikdən onu verəndə görəcəksiniz.
E.Vəliyev bildirdi ki, smart kart tipli sayğaclar dekabrın 31-i gecə saat 00:00 da avtomatik yenilənəcək. Abunəçilər limit barədə maksimum diqqətli olmalıdırlar.
Qurum rəsmisi onu da qeyd etdi ki, mənzillərini tərk edən insanlar kombilərini söndürmürlər, müxtəlif cihazları yana-yana qoyurlar. Bu baxımdan da qaz sərfiyyatı çox olur. Təbii ki, biz “Azəriqaz” İstehsalat Birliyi olaraq, heç kimə qayda qoya bilmərik ki, bu qədər limitdən artıq keçməyin. Çünki abonentlər istifadə etdiyi qazın ödənişini edirlər. Məlumat üçün deyim ki, o qaydaları gözləyən abonentlərin 48 faizi limiti bu il keçmədilər.
Qaz limitinin keçilməsi əsasən mənzildəki cihazların sayı və həcmindən asılıdır. Abunəçilər qurumun rəsmi saytına daxil olaraq, istifadə etdiyi qaz sərfiyyatını öyrənə bilərlər.