22 C
Baku
12 Oktyabr 2025, 17:26
Sosial

Qazax rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya xidmətləri təşkil olundu

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Qazax rayonunda “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsini həyata keçirir.

Qazax rayonunda sözügedən Sosial Reabilitasiya Mərkəzi 2 iyul tarixindən fəaliyyətə başlayıb. Mərkəzdə ixtisaslı mütəxəssislər – psixoloq, pedaqoq, loqoped və sosial işçilərdən ibarət komanda formalaşdırılmışdır. Uşaqlara fərdi ehtiyaclara uyğun reabilitasiya proqramları təqdim olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi Qazax rayonunda uğurla icra olunur. Layihənin icrasını həyata keçirən “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi regionda sosial reabilitasiya sahəsində mütərəqqi fəaliyyətlərə imza atır.

Layihənin məqsədi:

Layihənin əsas məqsədi – sağlamlıq imkanları məhdud uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiyası və reabilitasiya xidmətlərinə bərabər çıxış imkanlarının təmin edilməsidir. Bu məqsədlə Qazax rayonu üzrə ümumilikdə 50 sağlamlıq imkanları məhdud uşaq sosial reabilitasiya xidmətlərinə cəlb olunmuşdur.

Regionda yüksək nəticə əldə edilərək fəaliyyətlərlə nailiyyətlər əldə edilmişdir. Layihənin dəstəyi ilə müasir və inklüziv şərait təmin edilmişdir.

Mərkəzdə dünya standartlarına uyğun təhlükəsiz, dəstəkləyici və inkişafetdirici mühit yaradılmışdır. Uşaqlar burada psixoloji, pedaqoji, loqopedik və sosial dəstək xidmətləri alırlar.

Sosial inteqrasiya və ailə dəstəyi önəmə çəkilir:

Layihə çərçivəsində ailələrlə mütəmadi əlaqə saxlanılır, valideynlərə sosial xidmətlər və dəstək mexanizmləri barədə məlumat verilir. Reabilitasiya prosesi zamanı ailələrin iştirakı təşviq olunur.

Layihə çərçivəsində sosial işçi və psixoloq tərəfindən 15 ailəyə ev səfərləri təşkil olunub.

Bu səfərlərdə:

  • Ailələrin sosial və psixoloji vəziyyəti qiymətləndirilmişdir;
  • Uşaqların psixoloji və fiziki inkişaf səviyyəsi izlənmişdir;
  • Ailələrin çətinlikləri müəyyən edilərək fərdi dəstək tədbirləri planlaşdırılmışdır;

Həmçinin Fərdi reabilitasiya proqramlarının hazırlanması təşəbbüsü irəli sürülmüşdür.

Bu səfərlər nəticəsində valideynlərin reabilitasiya prosesinə marağı artmış, ailələrin sosial rifahına müsbət təsir göstərilmişdir.

Gündəmdə davamlı olaraq aşağıdakı əlavə nəticələr və töhfələr gətirilir:

  •  Bölgədə sosial reabilitasiya xidmətlərinin əlçatanlığı və keyfiyyəti artırılmışdır;
  •  Ailələrin və uşaqların sosial müdafiəsi gücləndirilmiş, həyat keyfiyyətlərində müsbət dəyişikliklər müşahidə olunmuşdur;
  •  Yerli icra orqanları və sosial xidmət qurumları ilə əməkdaşlıq genişləndirilmişdir;
  •  Cəmiyyətin həssas təbəqələrinə xidmət modeli olaraq, layihə inklüzivlik və sosial ədalət prinsiplərinə əsaslanan nümunə yaratmışdır.

Bugün TV

Oxşar xəbərlər

Yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə

Kəmalə Sultan

VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır

Aynur Camal

Xarici ölkələrin qida təhlükəsizk qaydaları Azərbaycanda da tanınacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu