25 C
Baku
27 İyul 2024, 7:38
Baş xəbərMədəniyyət

Qazaxıstan Mədəniyyət Günləri xalqlar arasında dostluq körpüsü

Bugun.tv xəbər verir ki, Bakıda keçirilən Qazaxıstanın Mədəniyyət Günləri başa çatıb. 2-4 dekabr tarixlərində keçirilən Mədəniyyət Günləri çərçivəsində Azərbaycan ictimaiyyəti qazax xalqının  incəsənəti, folkloru ilə yaxından tanışlıq imkanı qazanıb. Dünən Heydər Əliyev Mərkəzində Qazaxıstan Mədəniyyət Günlərinin qala konserti və sərgisi baş tutub. Mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədri Sahibə Qafarova, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel və digər rəsmilər öncə qazax mədəniyyətini özündə əks etdirən sərgi ilə tanış olublar. “Bu gün qazax rəssamların tarix və mədəniyyətimizi əks etdirən sərgisi xalqımızın keçmişinə bir səyahətdir. Bəzən siyasətdən belə güclü olan mədəniyyət xalqların həyatında mühüm rol oynayır. Sərgiyə qatılan hər kəsə təşəkkür edirəm!”- deyə Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva təşkilatçılara və sərgi iştirakçılarına minnətdarlığını bildirib.

Xanım nazir çıxışından sonra üzərində görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın rəsmi olan xalçanı Milli Məclisin sədri Sahibə Qafarovaya hədiyyə edib.

Daha sonra Mərkəzin böyük zalında qala-konsert proqramı təqdim edilib.

“Qazaxıstan Mədəniyyəti günləri xalqlarımızı bir-birinə yaxınlaşdıran dostluq körpüsüdür”- deyə konsertdə səslənən bu fikirlər Azərbaycan və Qazaxıstan xalqlarının  türkdilli xalqlar olaraq etnik baxımdan çox yaxın olduğunu bir daha sərgiləyib. Qeyd edilib ki, ölkələrimiz arasındakı sıx əməkdaşlıq sayəsində biz bütün sahələrdə əməkdaşlıq edirik: “Lakin mədəni, humanitar əməkdaşlığın iki ölkənin münasibətlərində ayrı önəmli yeri vardır. Bu əlaqələr xalqları bir-birinə daha da yaxınlaşdırır. Biz bundan sonra da xalqlarımızın rifahı naminə əməkdaşlığa davam edəcəyik”.

Nazir Aida Balayeva çıxış edərək Mədəniyyət Günlərinin yüksək səviyyədə təşkili üçün minnətdarlığını bildirib: “Bu günlərin keçirilməsi bizə bir-birimizi daha da yaxından tanımaq, qarşılıqlı əlaqələr qurmaq və iki ölkənin incəsənət xadimləri arasında gələcək əməkdaşlıq planlarını müəyyən etmək imkanı verib. Dost ölkələr olaraq Azərbaycan və Qazaxıstan hər zaman bir-birinin rifahı və regionda sülhə nail olmağa çalışıb. İki ölkə arasında əlaqələr xalqlarımızın qardaşlığı ilə yanaşı, dövlət başçılarımızın dostluq münasibətləri üzərində qurulub. Bu dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Bu da öz növbəsində ölkələrimiz arasında mədəni-humanitar sahədə qarşılıqlı münasibətlərə yeni təkan verəcək”. Nazir qeyd edib ki, ölkələrimiz arasında dil və mədəni yaxınlıq bütün istiqamətlərdə quruculuq fəaliyyətini gücləndirməyə imkan verir: “Qazaxıstanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi əziz tutulur, adı əbədiləşdirilib. Eyni zamanda, dahi şair Məhəmməd Füzulinin, Azərbaycanda da böyük qazax siyasi və ədəbiyyat xadimlərinin adını daşıyan küçələr var”.

Daha sonra Qazaxıstan incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib. Rəqs, vokal və milli musiqilərdən ibarət proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bununla da 2-4 dekabr tarixlərində ölkəmizdə keçirilən Qazaxıstan Mədəniyyəti günləri başa çatıb.

Xatırladaq ki, gələn il Qazaxıstanda Azərbaycan Mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır.

 

İntizar Əmirova

Oxşar xəbərlər

SOCAR Dneprdə şəhər xidmətlərinin işçiləri üçün istirahət yeri və pulsuz yemək təqdim edib

Aynur Camal

Qaçaq FETÖ-çü tutuldu

Aynur Camal

Milli Məclisin plenar iclası keçirilir, 18 məsələ müzakirə olunacaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu