Digər

“Qazaxıstanın iqtisadi inkişaf tempi son 5 ildə heyratamiz dərəcədə yüksəlib”

Azərbaycan və Qazaxıstan əlaqələrindən öz sosial media hesabında danışan iqtisadiyyatçı Eldəniz Əmirov vurğulayıb ki, Qazaxıstan son illərdə ətrafında mövcud olan bütün uğurlu idarəçilik və inkişaf modellərindən çevik şəkildə yararlanmağı bacaran bir ölkədir:

“Bu açıq və praqmatik yanaşma nəticəsində ölkənin iqtisadi inkişaf tempi son 5 ildə heyratamiz dərəcədə yüksəlib. Bu məqsədyönlü iqtisadi yanaşmanın və sahibkarlığa verilən strateji önəmin nəticəsidir.

Məhz bu səbəbdən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən yaradılmış KOB evi modeli də Qazaxıstanın diqqətini cəlb edib. Dünən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstan Xarici Ticarət Palatası arasında imzalanmış Anlaşma Memorandumu bu modelin Qazaxıstanda tətbiqi üçün strateji addımdır.

Qazaxıstanın bu günkü inkişaf dinamikası, dövlət institutlarının idarəçilik mədəniyyəti və sahibkarlığa verdiyi prioritetlər göstərir ki, yaxın illərdə dövlət xidmətlərinin əhəmiyyətli bir hissəsi KOB evlərinə inteqrasiya olunacaq. Böyük ehtimalla, xidmətlərini KOB evlərinə daşımayan dövlət qurumu demək olar ki, qalmayacaq.

Bu yanaşmanın mahiyyəti sadəcə sahibkar üçün inzibati rahatlıq yaratmaq deyil. Bu, KOB sektorunun sistemli inkişafını təmin edən mexanizmdir. Dövlət xidmətlərinin vahid məkanda toplanması çevik biznes mühiti yaradır, vaxt və vəsait itkilərini azaldır, yeni təşəbbüslərin yaranmasını stimullaşdırır və nəticə etibarilə ölkənin iqtisadi inkişafına real töhfə verir”.

İqtisadiyyatçı Eldəniz Əmirov

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu