Sağlam olmaq istəyirsən? Qazlı içkilər və “süni” şirələr içməyi dayandırmalısınız.
İşemik insult üçün risk faktorları ilə bağlı araşdırma aparan Galway Universitetinin klinik epidemiologiya professoru Endryu Smit qazlı içkilərin patologiyaya səbəb ola biləcəyini bildirib.
“Qazlı içkilər və işemik insult arasında əlaqə 27 ölkədən təxminən 27 000 insanın iştirak etdiyi bir araşdırma ilə sübut edilir. Elmi araşdırmalara görə, tərkibində şəkər və ya süni dadlandırıcılar olan qazlı içkilər kəskin patoloji riskini 22% artırır.
İnsultun potensial risklərini araşdıran bir həkim olaraq, qazlı və meyvəli içkilərin istehlakından çəkinməyi və ya minimuma endirməyi və adi suya keçməyi məsləhət görərdim” deyə o bildirib.
Digər məsələlərlə yanaşı, elm adamları konsentratlardan hazırlanan və tərkibində konservantlar və şəkər olan meyvə şirələrinin də insult riskini 37% artırdığını müəyyən ediblər (konsentratdan hazırlanmış şirələr tədqiq edilib).
Güman edilir ki, bu hallarda artan risk əsasən arteriyalara və digər qan damarlarına zərər verən, sonradan kəskin patologiya riskini artıran həddindən artıq yüksək şəkər səviyyəsi ilə bağlıdır.
Mənbə: mail.ru