DünyaMaraqlı faktlar

Qiant Keusey barədə yeni sirr açıldı

Bugun.tv xəbər verir ki, alimlər Şimali İrlandiyanın ən tanınmış təbiət abidələrindən biri olan Qiant Keuseyinin (Giant’s Causeway) yaranması ilə bağlı yeni məlumatlar əldə ediblər.

The Guardian qəzetinin yazdığına görə, tədqiqatçılar ərazidəki bazalt sütunlarının təxminən 60 milyon il əvvəl baş vermiş qlobal əhəmiyyətli vulkanik hadisə nəticəsində formalaşdığını müəyyən ediblər.

Araşdırma zamanı qədim lava axınlarından götürülmüş nümunələr müasir geokimyəvi üsullarla analiz edilib. Mütəxəssislər hesab edirlər ki, həmin dövrdə Şimali Atlantik okeanının açılması ilə əlaqədar Yer qabığında baş verən güclü geoloji proseslər nəhəng vulkan püskürmələrinə səbəb olub. Məhz bu proseslər nəticəsində bu gün Qiant Keuseyində müşahidə olunan minlərlə altıbucaqlı bazalt sütunu meydana gəlib.

Alimlərin fikrincə, yeni nəticələr yalnız Şimali İrlandiyanın deyil, bütövlükdə Şimali Atlantik regionunun geoloji tarixini daha dərindən öyrənməyə imkan verəcək. Qiant Keuseyi 1986-cı ildən etibarən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir və hər il yüz minlərlə turist tərəfindən ziyarət olunur.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Alimlər qara dəliklərin illər sonra niyə radio siqnalları yaydığını müəyyən ediblər

Aynur Camal

Böyük Britaniyada 17 min illik mağara rəsmləri yenidən qiymətləndirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu