Baş xəbərSosial

Qida əlavələri barədə təlim olacaq

“E kodlu” qida əlavələri barədə təlim keçiriləcək.

Bugun.tv xəbər verir ki, AQTA-nın “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən 13 aprel 2023-cü il tarixində saat 15:00-da canlı yayımlanacaq.

“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsini, eyni zamanda bu sahədə elmi bazanın təkmilləşdirilməsini və kadr potensialının gücləndirilməsini təmin etməkdir.

Budəfəki buraxılışda “E kodlu” qida əlavələri haqqında məlumat veriləcək, bu kodların xüsusiyyətlərindən bəhs olunacaq.

Bildirilib ki, canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları sahibkarlara xidmət departamentinin əməkdaşı Abbas Məlikə ünvanlaya bilərsiniz.

Eyni zamanda qeyd edilib ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər hovuzlardakı kəskin xlor qoxusunun əsl səbəbini açıqladı

Aynur Camal

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

Hər söhbəti poza biləcək 10 mövzu açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu