Dünya

Qırğızıstan–Özbəkistan sərhədində “köy takası”: 2 kənd və 2 500 sakin ölkə dəyişdi

Qırğızıstan və Özbəkistan arasında aparılan sərhəd demarkasiyası çərçivəsində diqqətçəkən bir razılaşma əldə olunub. Razılaşmaya əsasən, Özbəkistana məxsus iki kənd təxminən 2 500 sakini ilə birlikdə Qırğızıstana verilib.

Qırğızıstan prezidentinin mətbuat katibi Askat Alagözov bildirib ki, söhbət Fərqanə bölgəsinə aid Çonqara və Taş-Töpe kəndlərindən gedir. Qeyd olunur ki, bu kəndlərdə əsasən etnik qırğızlar yaşayırdı və bundan sonra sakinlərə Qırğızıstan vətəndaşlığı veriləcək.

Razılaşma çərçivəsində Qırğızıstan da qarşı tərəfə sərhəd xətti boyunca ekvivalent torpaq sahəsi verib. Rəsmilər bu addımın həm sərhəd problemlərini həll etmək, həm də yerli əhalinin hərəkətini asanlaşdırmaq məqsədi daşıdığını bildiriblər.

Bundan əlavə, Batken bölgəsində yolun qısaldılması üçün 236 hektarlıq ərazi mübadiləsi aparıldığı, nəticədə sakinlərin 225 kilometrlik məsafə əvəzinə təxminən 55 kilometrlik marşrutdan istifadə edə biləcəyi qeyd olunub.

Rəsmilər həmçinin Qazaxıstanla da oxşar sərhəd yol problemi üzrə danışıqların davam etdiyini açıqlayıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

On illik xaos: Britaniya yeddinci baş nazir seçməyə hazırlaşır

Aynur Camal

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Aynur Camal

ABŞ Senatı Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdıran qətnaməni qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu