Texnologiya

Populyar süni intellekt proqramı SSD yaddaşlarını sürətlə sıradan çıxarır

Kod yazmaq üçün istifadə edilən məşhur süni intellekt köməkçisi OpenAI-ın Codex sistemi bəzi noutbuklarda SSD yaddaşına gözləniləndən dəfələrlə artıq yük düşməsi ilə gündəmə gəlib. Bir mühəndisin müşahidəsinə görə, proqramın daxili loglama sistemi 3 həftə ərzində diskə təxminən 40 terabayt məlumat yazıb.

Araşdırmaya əsasən, sistem SQLite bazasında davamlı şəkildə texniki məlumatları saxlayır, silir və yenidən yazır. Bu “yaz-sil” dövri prosesi SSD üzərində ciddi aşınma yaradır və cihazın ömrünü xeyli azalda bilər. Bəzi hallarda illik yazma həcmi 600 TB-lıq SSD zəmanət limitinə yaxınlaşa bilir.

Mütəxəssislər bildirirlər ki, problem əsasən həddindən artıq detallı loglama və şəbəkə trafikinin tam qeydə alınmasından yaranıb. Hadisədən sonra tərtibatçılar yeniləmə buraxaraq lazımsız logların və telemetriya məlumatlarının həcmini azaldıblar. Nəticədə disk yazma yükünün təxminən 85% azaldığı qeyd olunur.

Bu hadisə süni intellekt alətlərində məlumat toplama sistemlərinin nə qədər kritik ola biləcəyini və düzgün optimallaşdırılmadıqda istifadəçi avadanlığına zərər verə biləcəyini bir daha göstərib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

LineShine sistemi dünyanın ən sürətli superkompüteri seçildi

Aynur Camal

Kondisioner orqanizmə necə təsir edir? Həkimlər optimal temperaturu açıqladılar

Aynur Camal

Robotlar dilənir? Çində bu görüntülər maraq yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu