4 C
Baku
14 Dekabr 2025, 4:45
Dünya

Qırğızıstan və Tacikistan sərhədində atışma baş verdi

Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin keçən hissəsində mal-qaranın gəzməsi səbəbindən atışma baş verib. Bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb.

Mal-qarasını gəzdirən Tacikistan vətəndaşları sərhədçilərin Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoymayaraq, hərbçilərə daş atmağa başlayıblar. Qırğızıstanın sərhəd dəstəsinə doğru iki-üç dəfə atəş açılıb”, – deyə sərhəd xidmətinin teleqram-kanalında məlumat verilib.

Bundan sonra sərhədçilər havaya atəş açıblar. Tacikistan vətəndaşları öz ölkələrinə qayıdıblar. Qırğızıstan tərəfdən heç kim xəsarət almayıb. İlkin məlumata görə, Tacikistandan olan bir nəfər ayağından yaralanıb. Hazırda sərhəddə vəziyyət stabildir.

Mənbə: UraNews

Aynur Camal

Oxşar xəbərlər

Məşhur müğənni əməliyyat olundu

Aynur Camal

Makron Avropa müdafiəsində “strateji muxtariyyət”i vurğulayır

Aynur Camal

Amerikalılar beysbolu niyə sevirlər?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu