Qış fəslini geridə qoyduq. Bu isə o deməkdir ki, qarderobdakı isti geyimləri artıq yaza uyğunlaşdırmalıyıq. Bəs, görəsən, geyimlərin növbəti fəsil üçün yararlı qalmas, kif qoxusu və digər xoşagəlməz hallarla qarşılaşmaması üçün tüklərin və dərinin qopmaması üçün onlara düzgün qulluq edilməsi şərtdir.
Diqqət edilməli əsas məqam isə kürkləri, gödəkçələri, yun əşyaları, plaş və paltoları sərin və havalandırması yaxşı olan yerdə, pambıq parçadan, tənzifdən hazırlanan kisələrdə saxlamaq tövsiyə olunur. Geyimlərin uzun ömürlülüyü üçün polietilen və digər analoji materiallardan istifadə məsləhət görülmür. Bu cür materiallarda saxlanılan paltarların kiflənmə ehtimalı böyük olur.
Əmtəəşünas Vüsalə Musayeva Bugun.tv-yə açıqlamasında deyir ki, yaz fəslində geyimləri, xüsusən də yun materialdan olanları güvələrin, gəmirici həşəratların təsirindən qorumaq üçün xüsusi müasir preparatlardən istifadə etmək əlverişlidir. “Çünki bu vasitələr sağlamlığa mənfi təsir göstərmirlər. Çox zaman istehlakçılar naftalinə üstünlük verirlər. Naftalindən istifadə isə məsləhət deyil. Çünki bu vasitə insan orqanizminə komserogen təsir göstərir, xüsusən də uşaqlar üçün ziyanlı hesab olunur. Qoruyucu vasitələr kimi daha çox təbii bitkilərdən istifadə etmək əlverişlidir. Məsələn, bu bitkilərdən tütün, ətirşah, yovşan ola bilər. Onların yarpaqlarından istifadə etmək daha yaxşıdır”.
Onu da deyək ki, kimyəvi tərkibli məhlullardan istifadə zamanla geyimlərin rənginə təsir edir. Bundan başqa, onların saxlanıldığı otağın temperaturuna da xüsusi diqqət yetirmək lazımdır.
“Bir də həmin otağın rütubətinə xüsusi diqqət yetirmək lazımdır. Məsələn, bu geyimlərin saxlanıldığı otağın temperaturu 21 dərəcə, az işıq düşən, aşağı rütubətli olmalıdır. Dəri gödəkcələri bir qədər fərqli üsulla saxlamaq lazımdır. Əvvəlcə əşyaları nəm penorezin süngər ilə silmək, daha sonra isə hamarlayaraq qırışlarını düzəltmək məsləhətdir. Əgər dəri geyimlər rütubətli yerdə saxlanarsa, qısa zamanda kiflənə bilər. Xəzin alt hissəsi dəridən ibarətdir. Üst hissəsində isə xəz təbəqəsinin özü yerləşir. Və tempraturun təsirindən dəridə quruma baş verir”.
Qış köynəklərini isə asılqanda saxlamaq tövsiyyə olunmur. Çünki geyimlər dartıla və formalarını itirə bilər. Növbəti fəsildə geyimləri istifadə etməzdən öncə mütləq onları açıq havada ən azı 1 gün saxlamaq lazımdır ki, üzərinə hopan qoxu getsin. Bu qaydaları əməl edilməsi, geyimlərin uzunömürlü olması üçün vacib şərtlərdəndir.
Müəllif: Qaytən Qasımzadə