25 C
Baku
27 İyul 2024, 4:30
Dünya

Qızıl tapançalı qatili axtarılır! “O, Türkiyəyə qaçmış ola bilər” iddiası

Almaniyada 5 ay əvvəl törədilən qətl ölkədə gündəm mövzusuna çevrilib. Qızılla örtülmüş silahla törədilən qətlin faili olduğu düşünülən Ferhat K. hər yerdə axtarılarkən, şübhəlinin Türkiyəyə qaçması ehtimalı da qiymətləndirilir. Keçən ilin noyabrında Almaniyanın Kaltenkirxen şəhərində Holstentherme yaxınlığında cəsədin tapılmasından sonra başlayan araşdırma ölkədə gündəm mövzusuna çevrilib.

Cəsədin Reols Hysnel adlı Gürcüstan vətəndaşı olduğu ortaya çıxarkən, alman polisi hadisənin səbəbkarı olduğu düşünülən Ferhat K. üçün beynəlxalq axtarışa başlayıb. Almaniya hökumətinin səyləri ilə İnterpol da fəaliyyətə başladı.

Almaniyada qəzet və xəbər saytlarında geniş şəkildə dərc olunan xəbərlərdə qətlin narkotik mafiyası ilə əlaqəli olduğu iddiası gündəmə gəlib. Bild qəzeti 30 yaşlı Ferhat K-nin daha əvvəl Bosniya və Herseqovina Gənclər Milli Futbol Komandasının Armin B adlı oyunçusuna atəş açdığını bildirib.

O 24 iddia edib ki, 2016-cı ildə baş verən bu hadisədən sonra Ferhat K. adam öldürməyə cəhd, ağır yaralama və qanunsuz silah saxlama ittihamı ilə 5 il yarım həbs cəzasına məhkum edilib, lakin hökmdən bir az əvvəl Türkiyəyə qaçıb.

Hərəkətlərini qızılla örtülmüş silahla həyata keçirdiyi üçün Alman mətbuatının “qızıl tapança qatili” adlandırdığı Ferhat K-nın axtarışı davam edir. Bild qəzetinin məlumatına görə, alman müstəntiqlər şübhəlinin Türkiyədə olduğundan şübhələnirlər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynanı 3 tonluq bomba ilə vurdu!

İntizar Əmirova

Qazaxıstanda Türkiyədə zəlzələdən zərər çəkənlərə toplanan yardım 2,8 milyon dolları keçib

Aynur Camal

Medvedev Moskva vilayətini tərk edib? -AÇIQLAMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu