Dünya

Qızlar məktəbi yandırılıb

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində qızlar məktəbi yandırılıb. Pakistan polisi ötən gecə vilayətin Şimali Vəziristan bölgəsində qızlar məktəbinə hücum edildiyini açıqlayıb. Yanan məktəbdə mebel, kompüter və kitablar sıradan çıxıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Səlahiyyətlilər qızların təhsilinə qarşı çıxan və bundan əvvəl bölgədəki qız məktəblərinə hücum edən Pakistan Talibanından (TTP) şübhələnir.

Bu ay Şimali Vəziristanda iki qız məktəbinə bombalı hücum həyata keçirilib.

Mənbə: Haber Global

Oxşar xəbərlər

Gürcüstanda zəlzələ oldu

Teymur Əziz

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Aynur Camal

Rusiyada avtobus beton hasara çırpıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu