3 C
Baku
15 Dekabr 2025, 0:30
Baş xəbərDünya

Qlobal istiləşməyə baxmayaraq, İsveçdə rekord şaxtalar qeydə alındı

İsveçdə ilin ilk həftəsi bütün ölkə üzrə şaxtalı, bolluca qarlı keçib.

Bugun.tv xəbər verir ki, Laplandiyanın şimalında temperatur rekord həddə – mənfi 43,8 dərəcə Selsiyə düşüb. Belə soyuqlar 1999-cu ilin yanvarından bəri müşahidə olunmayıb.

Qlobal istiləşmə dəyişmədən güclənir və 2023-cü il Yer kürəsində qeydə alınan ən isti il olub. Lakin hazırda İsveçin şimalındakı bəzi yerlərdə temperatur mənfi 40 dərəcədən aşağı düşüb. Bu, necə mümkündür?

İsveçin Hidrologiya və Meteorologiya İnstitutunun (Sveriges meteorologiska och hydrologiska institut, SMHI) iqlimşünaslıq professoru Erik Kyellstrem bu sualı cavablandırıb.

“Əgər belə hava şəraiti 50 il bundan əvvəl olsaydı, o halda ehtimal ki, daha da soyuq olardı. Son vaxtlar ölkənin şimalındakı əksər yerlərdə açıq səmalı və kifayət qədər zəif küləkli yüksək atmosfer təzyiqi üstünlük təşkil edir, cənubda isə hava küləklidir. Səma buludsuz olanda atmosferin yuxarı təbəqəsində isti daha sürətlə yayılır, yəni yerə yaxınlaşdıqca soyuq olur. Zəif külək isə o deməkdir ki, digər yerlərdən isti hava daha daxil olmur. Bundan başqa, qar və buz qurunun, göllərin və okeanların istisinə havanı qızdırmaq imkanı vermir”, – deyə professor izah edir.

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan bu gün Dövlət Bayrağı Gününü qeyd edir

Aynur Camal

Gözəl dırnaqları necə böyütmək olar? Kosmetoloq izah edir

Aynur Camal

R.Məmmədli: “Törədilən təxribat müharibənin hələ də bitmədiyini göstərdi”

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu