14 C
Baku
22 Noyabr 2024, 11:37
Baş xəbərMüsahibə

“Qlobal miqyaslı mövqelərimiz daha da möhkəmlənməkdədir”

“Artıq pandemiyanın fəsadlarının səngidiyi bir dövrdə belə bir tədbirə ev sahibliyi etmək ölkəmizin qlobal miqyaslı mövqelərini daha da möhkəmlədirir”.

Bugun.tv xəbər verir ki, bunu açıqlamasında bu gün Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü haqqında danışarkən politoloq Tural İsmayılov deyib.

Tural İsmayılov qeyd edib ki, Qoşulmama Hərəkatı bu gün dünyanın ən önəmli siyasi təşkilatlarından biridir: “Azərbaycanın sədrliyi dövründə Qoşulmamam Hərəkatının mövqeləri daha da güclənib. Bu gün Latın Amerikasından uzaq Asiyaya qədər Qoşulmama Hərəkatı dünyada önəmli siyasi qərarların qəbul edilməsi prosesində çox fəal şəkildə iştirak edir. Azərbaycanın sədrliyi dövründə təşkilat pandemiyanın fəsadları, eyni zamanda pandemiyadan doğan ədalətsizliklər, vaksin milliyətçiliyi və digər bir çox məsələlərə qarşı müqavimət formalaşdırdı. Bu gün bir çox beynəlxalq tədbirlərin, təşkilatların qlobal mərkəzi halına gələn paytaxtımızda Qoşulmama Hərəkatının önəmli bir tədbirinin keçrilməsi, bu tədbirə dünyanın müxtəlif coğrafiyalarından nüfuzlu siyasi liderlərin, prezidentlərin, nazirlərin qatılması Azrbyacanın həm Qoşulmama Hərəkatı nəznində, həm də qlobal siyasi münasibətlər sistemində dəyərini bir daha ortaya qoyur”.

Qeyd edək ki, bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edir.

Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin – Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri – BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Aynur Camal

Oxşar xəbərlər

“Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən vəsaitlər kompensasiya ediləcək”

Aynur Camal

Əcnəbi jurnalistlər Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri barədə məlumatlandırılıb

Bugün TV

Kiyevdə və Ukraynanın daha dörd bölgəsində hava hücumu xəbərdarlığı elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu