13 C
Baku
19 Aprel 2024, 7:28
Sosial

Qurunt suları küçələrə axır

Bugun.tv-yə  Səbail rayonundan şikayət daxil olub. Sakinlər küçəyə axan qrunt sularından əziyyət çəkirlər. Aidiyyatı qurumlara müraciətlər isə nəticə verməyib. Məsələ niyə diqqətdən kənardadır?  Bayıl qəsəbi, Ziya Yusifzadə küçəsində də vəziyyət eynidir. Ərazidə yaşayan sakinlərin şikayəti küçə boyunca axan sularla bağlıdır. Onların sözlərinə görə, 5 aya yaxın müddətdir ki, bu vəziyyət davam edir.

Problem ana divarların nəmləşməsi ilə bağlıdır. Nəmləşmə nəticəsində səhhətmizdə problem yaranıb. Həyət su basır. Qorxulusu da odur ki, birinci mərtəbədə evin divarları nəm çəkir. Bu da  narahatlığa səbəb olur. Evlərin uçma təhlükəsi var.

Sular həm də elektrik stansiyasının üzərinə tökülür. Bu halda isə təhlükə  qaçılmazdır.

Problemlə bağlı Səbail RİH-nin mövqeyini öyrəndik. Qurumdan bildirildı ki, axan suların qrunt suları olması faktı aşkar edilib və aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsi üçün Azərsu ASC-yə rəsmi müraciət ünvanlanıb. Adıçəkilən qurumdan isə deyildi ki, məsələnin həllinə MKTB cavabdehdir. Səbail rayon MKTB-nin isə problemə münasibəti Rayon İcra Hakimiyyətinin açıqlamasından fərqlənmədi. Bildirildi ki, Azərsu ASC-yə müraciət olunub. Beləcə, qurumların ötür-ötür oyunu problemin həllini sual altına qoyur? Amma istənilən halda, məsələ nəzəratə götürülməli, cavabdeh olan şəxslər həlli istiqamətində lazımi addımlar atmalıdırlar. Mövzuya yenidən qayıdacağıq

Bugün TV

Oxşar xəbərlər

“Heydər Əliyev və dini tolerantlıq” adlı elmi konfrans keçirildi

Kəmalə Sultan

Parklarda ağaclar niyə qurudulur? – QHT ÜZVÜ VİDEO PAYLAŞDI

Bugün TV

Son 5 ayda pensiyaların məbləği 18 faiz artıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu