21 C
Baku
28 İyun 2025, 1:43
Baş xəbərSiyasət

QMİ sədri Türkiyə cəfəriləri icmasının lideri ilə görüşüb

Qafqaz Müsəlmanları idarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə cəfəriləri icmasının lideri Səlahəddin Özgündüz və icmanın bir sıra digər nümayəndələri ilə iftar süfrəsində görüşüb.

Qafqaz Müsəlmanları İdarəsinin verdiyi məlumata görə, səmimi şəraitdə keçən görüş zamanı QMİ sədri Türkiyə cəfərilər icmasının fəaliyyəti, icmanın Azərbaycana qardaş münasibət bəslədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı verdiyi mənəvi dəstək haqqında məlumatlı olduğunu ifadə edərək, buna görə qarşı tərəfə öz minnətdarlığını bildirib.

Cənab Özgündüz Azərbaycan və bütün Qafqaz müsəlmanlarının lideri  Şeyxülislam həzrətlərilə görüşməkdən şərəf duyduğunu ifadə edib.

Şeyxülislam A.Paşazadə Türkiyə cəfəri icmasının həyat və fəaliyyəti ilə maraqlanıb, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra azad olunmuş Qarabağ torpaqlarındakı erməni vandalizminin mədəni-tarixi irsimizə vəhşicəsinə vurduğu zərər və ziyan haqqında, eləcə də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında burada aparılan yenidənqurma və bərpa, xüsusilə də minalardan təmizləmə işlərinin gedişatı barədə söz açıb.

QMİ sədri Laçın koridoru ilə bağlı gerçəkləri də Türkiyə cəfəri icmasının rəhbərinin nəzərinə çatdırıb.

Eyni zamanda, qeyd edilib ki, tərəflər gələcək əməkdaşlıq perspektivlərini, o cümlədən, Türliyə cəfəri icması nümayəndə heyətinin yaxın zamanda Azərbaycana səfərini müzakirə ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Hansı bitkilər allergiyaya səbəb olur və onlara qarşı nə etməli?

Aynur Camal

Seçki ikinci tura getdi!

Aynur Camal

Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Bakıda xatirə kitabı açılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu