27 C
Baku
21 Sentyabr 2026, 17:51
Baş xəbərDünya

Qocalar evi yandırıldı: Çoxlu ölü və yaralı var

Serbiyanın paytaxtı Belqradın Barajevo şəhərindəki qocalar evində səhər saatlarında yanğın baş verib. Yanğın zamanı 8 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Serbiyanın paytaxtı Belqradın Barajevo şəhərində qocalar evində yanğın baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 7 nəfər yaralanıb. Yanğının səbəbinin yandırma olduğu öyrənilib.

Fövqəladə Hallar İdarəsi rəhbəri Luka Causeviç açıqlamasında 30 nəfərin qaldığı qocalar evində baş verən yanğının qısa müddətdə söndürüldüyünü bildirib. Kauseviç bildirib ki, yanğın zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib, bir qadının vəziyyəti ağırdır.

Prokurorluqdan verilən açıqlamada qocalar evində yaşayan şəxsin qəsdən yanğın törətdiyi və öldüyü bildirilib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada parlament seçkilərinin ilkin nəticələri: Putinin partiyası öndə

Aynur Camal

Suriyada hərbi obyektin yaxınlığında güclü partlayışlar baş verdi

Aynur Camal

Növbəti pandemiyada 3 milyon əlavə həyat xilas edilə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu