19 C
Baku
22 Noyabr 2024, 16:03
Sosial

Qocalıq necə təmin olunmalıdır?

Hər bir insan, rahat qocalıq keçirmək arzusundadır – nəvələr, nəticələr və ən əsası heç kimə möhtac olmadan gözəl yaşamaq… Bəs bunu nəyin hesabına edə bilərik?

Hər bir ölkədə əhalinin həyat səviyyəsini təyin edən əsas meyar onun sosial müdafiə sisteminin vəziyyətidir. Bunu so­si­al, əmək pensiyalarının və digər sığorta tipli müavinətlərlə yanaşı qeyri-dövlət pen­siya fondları hesabına da təmin etmək mümkündür. Hər bir insan pensiya yaşına çatanda nə edəcəyini, necə dolanacağını düşünür. Qocalıqda özümüzü rahat təmin etmək üçün, dövlət pensiya fondu ilə yanaşı, könüllü olaraq qeyri-dövlət pensiya fondlarına da müraciət edə bilərik. Bəs qeyri-dövlət pensiya fondu nədir? Vətəndaşa nə kimi faydaları var?

Hüquqşünas Pərvanə Qasımova Bugun.tv-yə açıqlamasında bildirdi ki, hər bir vətəndaş dövlət pensiyası ilə yanaşı özəl pensiya növünü almaq hüququna malikdir. Əslində qeyri- dövlət pensiya fondlarının işləmə mexanizmi sadədir. “Ən əsası da vətəndaş yönümlüdür. Sadə sözlərlə desək, qeyri dövlət pensiya fondları vətəndaşlarla könüllü müqavilə əsasında fəaliyyət göstərir. Və siz əmək məvacibinizdən müəyyən bir hissəsini istədiyiniz miqdarda pensiya fondlarına köçürürsüz və pensiya fondları da müstəsna fəəaliyyətləri sayəsində həmin o məbləği sizin aktivinizi inflyasiyadan qoruyur. Bununla yanaşı üüksək idarəetmə göstərərək sizə həmin aktivlərin artırılmasında kömək edir”.

Vətəndaşlar özəl pensiya fondlarına istədikləri qədər vəsait köçürə və pensiyaya çıxanda geri ala bilərlər. Bu vətəndaşlara daha yaxşı təmin olunmuş pensiya almağa imkan verəcək. Çünki bununla həm dövlət, həm də özəl pensiya fondlarından ödəniş alacaq.

P.Qasımovanın sözlərinə görə, sosial rifahın yaxşılaşdırılmasına xidmət edən qeyri-dövlət pensiya fondlarının daha bir fərqi isə bundadır ki, özəl pensiya fondlarına köçürülən məbləğə siz birbaşa özünüz nəzarət edirsiz, ona sərəncam vermək hüququnuz var. Ən əsas da həmin dövlət pensiya fonduna köçürülmüş məbləğ artıq sizin miras predmetinizin obyekti olur. “Özəl pensiya fondlarının əsas məqsədi sosial rifahın yaxşılaşdırılmasıdır. Lakin onların digər mühüm rolu ondan ibarətdir ki, məhz özəl pensiya fondları kapital bazarına əsas investorları təşkil edir. Azərbaycanda qiymətli kağızlar bazarının az inkişaf etməsi səbəbindən də  biri də investisiya fondlarının pensiya fondlarının olmamasıdır”.

Qeyd edək ki, özəl pensiya fondları vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir.

Kəmalə Sultan

Oxşar xəbərlər

BMT Modeli Simulyasiyası Konfransına müraciətlər açıq elan edildi

Aynur Camal

“Ülkər” filminin çəkilişlərində canavarlar da olacaq-VİDEO

Kəmalə Sultan

Ərdoğan: Məzlum olan bütün qardaşlarımız üçün dua edirik

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu