27 C
Baku
21 Sentyabr 2026, 13:49
HadisəKriminal

Qohumları tərəfindən təhdid olunan qadın intihara cəhd etdi

Gəncədə özünü körpüdən atmaq istəyən qadını polislər xilas ediblər.

Bugun.tv-nin məlumatına görə, Gəncə çayı üzərindəki körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü, Gəncə şəhər sakini T.Abdullayevadır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hadisə ilə bağlı saytımıza açıqlama verib:

“Həmin ərazidə xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını alıb, onunla profilaktiki söhbətlər aparıblar.

İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib.

Hazırda şəhər prokurorluğunda araşdırma aparılır”.

 

Bugün TV

Oxşar xəbərlər

Suriyada yanacaq bahalaşmasına qarşı etirazlar başladı

Aynur Camal

Ukraynada qatara zərbə endirildi

Aynur Camal

Sərnişin bərəsində yanğında ölənlərin sayı 35-ə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu